metr

“Birbank”da bir sıra ödənişlərlə bağlı yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Birbank”ın açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda müştəriləri xidmətlərdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər:

“Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik”, – açıqlamada deyilir.

Qeyd edək ki, daha əvvəl “Bakı Metropoliteni” QSC də problemin aradan tam qaldırıldığı barədə açıqlama verib.

***19:42

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur.

Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib.

Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur.

Paylaş: