Bakı ermənipərəst təşkilatı ölkədən qovdu – Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Samanta Pauerə cavab verib.

Sitat: “Maska çıxdı! Azərbaycanda artıq USAİD-in fəaliyyətinə yer yoxdur!”

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, USAİD əsasən Azərbaycan əleyhinə fəaliyyət göstərib:

“USAİD rəhbərliyində yer almış ermənipərəst şəxslərin erməni diasporunun maliyyəsi ilə Azərbaycan əleyhinə hesabatlar qəbul etməsi danılmazdır. Əslində, ermənilər və arxasındakı güclər qlobal şəbəkə halında fəaliyyət göstərib, rəsmi Bakını qalib gəldiyi müharibəyə görə peşman etməyə çalışırlar.

Əziz Əlibəyli 

Birləşmiş Ştatların açıqlamaları ondan xəbər verir ki, müharibə aparan, qalib gələn, eləcə də məğlub olan Vaşinqtonun razılığı ilə hərəkət etməlidir. Amma Azərbaycan yeni bir mövqe ortaya qoyub.

Xarici siyasəti radikal dəyişiklik kimi də qiymətləndirə bilərik. Müttəfiqlərimizin şəkillənməsi, yeni beynəlxalq münasibətlər nizamı kontekstində də siyasi maraqların əks olunduğu konfiqurasiya da adlandıra bilərək. Hələ bunun üçün erkən sayılsa da, baş tutması istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az