63c94cf9b18f363c94cf9b18f4167413682563c94cf9b18ef63c94cf9b18f1

Yol polisi Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a verilən məlumata görə, bu gün saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Qurbanov Hüseyn Əsədulla oğlu idarə etdiyi “Mercedes 190” markalı, 99-KO-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırıb.

Qəza nəticəsində sürücü Hüseyn Qurbanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.63c94cf2b187163c94cf2b1872167413681863c94cf2b186c63c94cf2b186e

 

Paylaş: