Araikin adamı buna görə tutulub – Satanist…

Keçmiş qondarma rejimin hazırda Bakıda istintaq təcridxanasında olan “lideri” Araik Arutyunyanın “təhlükəsizlik və təxliyə məsələsi üzrə nümayəndəsi” Vaan Badasyanın saxlanılmasının detalları məlum olub. 

Globalinfo.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Qor Abramyan Badasanyanla bağlı danışıb.

Q.Abramyan bildirib ki, Badasanyan Paşinyana qarşı təhqir və zorakılığa çağırış məzmunlu video paylaşıb.

Badasyan videoda Paşinyan haqda bunları deyib: “Mən bu heyvanın bu dərəcədə anormal olduğuna inana bilmirəm. O, satanistdir, dərhal zərərsizləşdirilməlidir. Bunun yeganə yolu isə məhv edilməsidir. Onun üçün isə müxtəlif üsullar var”.

Qeyd edək ki, V.Badasyan barəsində cinayət işi açılıb.

Əliyar Xəlil
Globalinfo.az