Aİ-də ilkə imza atan qadın NATO-ya keçir? – Mühüm açıqlama gözlənilir

Ursula fon der Leyen fevralın 19-da ikinci müddətə Avropa Komissiyasının Prezidenti vəzifəsini icra etmək istədiyini açıqlayacaq.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə məşhur “Bild” nəşri çıxış edib.

Nəşrin məlumatına görə, 65 yaşlı fon der Leyen fevralın 18-i təhlükəsizlik konfransında iştirak etdikdən dərhal sonra Münhendən Berlinə yola düşəcək.

İddiaya görə, əgər hər şey qaydasında getsə, fon der Leyenin namizədliyi martın 7-də mühafizəkar Avropa Xalq Partiyasının Buxarestdə keçiriləcək qurultayında rəsmən təsdiqlənə bilər.

Qeyd edək ki, yayılan məlumatlara görə,  NATO Ursula fon der Leyenin alyansın baş katibi postuna namizədliyini müzakirə edib, lakin Almaniya kansleri Olaf Şolz onun anti-Rusiya mövqeyinə görə buna qəti şəkildə qarşı çıxıb.

Qeyd edək ki, Ursula fon der Leyen Avropa Komissiyasının prezidenti və bu postu tutan ilk qadındır.

Ayşən Mustafa
Globalinfo.az