Azlıqda qalan “Liverpul” geri dönüş etməyi bacardı – VİDEO

İngiltərə Premyer Liqasının III turunda “Liverpul” və “Nyukasl” üz-üzə gəliblər.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, ikincilərin meydanında keçirilən matçda qələbəni qonaqlar qazanıblar – 1:2.

25-ci dəqiqədə Entoni Qordun “sağsağanlar” hesabda önə keçib. Üç dəqiqə sonra “Liverpul” növbəti zərbəni alıb. Bu dəfə Vircil van Deyk birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Lakin azlıqda qalan “Liverpul” təslim olmayıb. 81-ci dəqiqədə Darvin Nunyes bərabərliyi təmin edib. O, 90+5-ci dəqiqədə dubl edərək “qırmızılar”a qələbə qazandırıb.

Hazırda 7 xalı olan “Liverpul” dördüncü, üç xal toplayan “Nyukasl” 13-cüdür.