WhatsApp Image 2025 01 15 at 14.51.30

Artıq neçə ildir ki, təqvim layihəsini  müxtəlif mövzularda dərc edən şirkətlər qrupu 2025-ci ildə milli mətbuatın 150 illiyini qeyd etmək məqsədi ilə builki layihəni mətbuat tarixinə həsr edib.

Globalinfo.az bildirir ki, “Hər söz bir iz, hər sətir bir irs!” başlığı altında çap olunan təqvim dəstinin hər ayı mətbuatımızın tarixində xüsusi yeri olan mətbu orqanlarından və onların redaktorlarından bəhs edir. “Əkinçi” ilə başlayan, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət” və “Açıq söz” ilə davam edən təqvim “Həyat” qəzeti ilə sonlanır.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə ərsəyə gələn layihə şirkətlər qrupunun mətbuata olan diqqət və həssaslığının göstəricisidir. Belə ki, təqvimin ön sözündə fikirləri qeyd olunan şirkət rəhbəri cəmiyyətin güclü, müstəqil bir xalqa çevrilməsində mətbuatın böyük rolu olduğunu vurğulayıb.

Təqvim üçün həmçinin Mətbuat Şurasının sədri Rəşad Məcidin də rəyi alınıb. Sədr təqvim layihəsini yüksək qiymətləndirərək, il boyu vərəqlənəcəyini və bu vəsilə ilə də hər ay mətbuatımızın inkişafında xüsusi yeri və rolu olan görkəmli şəxsiyyətlərin daim xatırlanacağını qeyd edib.

Qeyd edək ki, “Azərsun Holdinq”in sosial layihələrindən olan təqvim layihəsi bundan əvvəl də  44 günlük müharibədəki qələbimizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan Rəngkarlıq tarixinə, Azərbaycan ədəbiyyatına həsr olunub.

https://millimetbuat150.azersun.com/#/az

Azərsun 2025 page 0001 scaled Azərsun 2025 page 0002 scaled Azərsun 2025 page 0003 scaled Azərsun 2025 page 0004 scaled Azərsun 2025 page 0005 scaled Azərsun 2025 page 0006 1 scaled Azərsun 2025 page 0007 scaled Azərsun 2025 page 0008 scaled Azərsun 2025 page 0009 scaled Azərsun 2025 page 0010 scaled Azərsun 2025 page 0011 scaled Azərsun 2025 page 0012 scaled

 

Paylaş: