Zakaryan: Bir neçə ay qalıb, genişmiqyaslı müharibə başlayacaq – VİDEO

Əgər erməni xalqı Nikol Paşinyanı hakimiyyətdən payıza qədər uzaqlaşdıra bilməsə, o zaman 2024-cü ildə yeni genişmiqyaslı savaş çağırışını qəbul etməli olacağıq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, Ermənistanın bu müharibənin öhdəsindən gəlib-gəlməyəcəyinin müəmmalı olduğunu bildirib:

“Həyat göstərdi ki, müharibənin səbəbi nə Qarabağ, nə Zəngəzur, nə İstisudur. Yeganə səbəb Nikoldur. Yalnız cahillər bu sadə həqiqəti başa düşmürlər. Serj Sərkisyanın dediyi kimi, Nikol hazırda danışıqlar aparmır, o, sadəcə, fərqli güc mərkəzlərinin təzyiqi altındadır və ziddiyyətli siyasət aparmaq məcburiyyətindədir”.

Ətraflı videoda:

İlkin Həsənov
Globalinfo.az