azerbyacan israil

İsrail Azərbaycanla əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfirliyinin “X” hesabındakı paylaşımında deyilir.

Paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümünə həsr olunub.

“İsrailin 78-ci ildönümünü qürurla qeyd edir və İsrail ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın bundan sonra da daha da güclənəcəyinə səmimi ümidimizi ifadə edirik. Müstəqillik Günün mübarək, İsrail“, – paylaşımda qeyd olunub.

Paylaş: