Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri Tofiq Hüseynov avqustun 1-də dünyasını dəyişib.
Bu haqda yaxınları Globalinfo.az-a məlumat verib.
Tofiq Hüseynov bir neçə il idi İsveçrədə siyasi mühacir kimi yaşayırdı. O, bu ölkənin Bazel şəhərində məskunlaşmışdı. Uzun müddət idi ki, qara ciyər serrozundan əziyyət çəkirdi.
O, Tovuz rayonunun Qovlar qəsəbəsində ailə məzarlığında torpağa tapşırılacaq. Globalinfo-nun əldə etdiyi məlumata görə, Tofiq Hüseynov bir neçə gün öncə Azərbaycana gətirilib, bu gün səhər saatlarında Qovlardakı evində dünyasını dəyişib. Sabah torpağa tapşırılacaq.
Azər Ayxan və Globalinfo.az saytının kollektivi Tofiq Hüseynovun vəfatı ilə əlaqədar ailəsinə, doğmalarına dərin hüznlə bağsağlığı verir. Allah rəhmət eləsin.