Azərbaycan Respublikasının İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov Bakı ilə qardaşlaşmış Neapol şəhərinə səfər edib.
Globalinfo.az xəbər verir ki, onu səfər çərçivəsində Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilya müşayiət edib. Səfərin əsas məqsədi iki şəhər arasında mədəni-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün Neapol Meri Gaetano Manfredi ilə planlaşdırılan görüş olub. Görüş zamanı ötən il qardaşlığın 50 yaşını qeyd edən iki şəhər arasındakı sıx münasibətlərdən danışılıb, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir sıra məsələlər müzakirə olunub.
Ənənəvi hədiyyə mübadiləsi zamanı Səfir Aslanov Mer Manfrediyə Bakının tarixinə dair bəzi nəşrlər təqdim edib. Neapol-Bakı Assosiasiyasının prezidenti Giuseppe Caniglia da rəhbərlik etdiyi təşkilat adından xatirə hədiyyəsini merə çatdırıb.