Azərbaycanı ziyarət edən turistlərin sayı artdı

“2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekpsert, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub:

“Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib. Bu arada körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.

Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb.

Vüqar Bayramov

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

Turan Rzayev
Globalifno.az