Azərbaycanda qəzetlər bahalaşdı – Qiymət

Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb.

Globalinfo.az trend-ə istinadən bildirir ki, Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 20 qəpik artım olub.

Belə ki, “Azərbaycan”, “Bakinskiy raboçi”, “İki sahil”, “Respublika”, “Xalq”, “Yeni Azərbaycan” qəzetləri 20 qəpik bahalaşaraq 60 qəpiyə satılır.

“Yejednevnıye Novosti” qəzetinin qiyməti isə 30 qəpik bahalaşaraq 80 qəpik olub. “Xalq Cəbhəsi” qəzeti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə satılır.