Azərbaycanda COVİD-19-la bağlı son vəziyyət

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a bildirilib ki, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 952 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 9 nəfərdir.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 192 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.