Azərbaycana 238 min gətirən qadın aeroportda saxlanıldı

Domodedovo hava limanında gömrükdə qanunsuz yolla 112 min funt sterlinq (təxminən 238 min manat) keçirməyə cəhd edən sərnişin saxlanılıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, Moskvanın Domodedovo hava limanında gömrükçülər 112 min funt sterlinq tapılan qadını saxlayıblar. Xanım Azərbaycana uçuş planlaşdırıb. O, yaşıl dəhlizdə saxlanılıb. Qadın 8,5 min funt sterlinq (təxminən 18 min 65 manat) və 7 min rubl (təxminən 135 manat) apardığını bildirib.

Lakin baqajda axtarış aparılarkən, tikiş qutularında 95 min funt sterlinq (təxminən 201 min 903 manat) , gündəlik və kosmetik çantanın üz qabığında isə daha 17 min lirəlik (təxminən 1001 manat) xarici valyuta aşkar edilib.

Müəyyən edilib ki, cinayət törədən şəxs Rusiya və Böyük Britaniyanın ikili vətəndaşlığına malikdir. Cinayət işinin başlanması məsələsinə baxılır. Qadını 4 ilə qədər həbsi nəzərdə tutan maddə gözləyir.