Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilməsi planlanan görüş baş tutmayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Klaar bildirib ki, oktyabrda təşkili planlanan görüş olmayacaq:
“Biz Əliyevlə Paşinyan arasında Brüsseldə görüş keçirməyə çalışırıq. Bu dəfə alınmamasının səbəbi vaxt azlığııdır. Proses ləng getsə də, sonunda sənədin imzalanması ilə nəticələnəcəyinə inanırıq. 3+3 formatı isə problemin tam həlli olmasa da, faydalı ola bilər”.
Əliyar Xəlil
Globalinfo.az