ABŞ-dan Bakı və İrəvan arasında sülh haqda açıqlama

“Azərbaycan və Ermənistan arasında sülh dünyanın maraqlarına cavab verir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

“Sülhün əldə olunması hər iki tərəfin, ümumilikdə regionun maraqlarına cavab verir. Bu istiqamətdə işlərə davam edəcəyik”, – Miller qeyd edib.