Azərbaycan sərhədində atışma: erməni biznesmen güllələndi

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Qeqarkunik rayonunda sakinlər arasında atışma olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.

Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb.

Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları bildirilir.