17:08
Qarabağdakı separatçılar Laçın-Xankəndi yolunda oturaq aksiya təşkil ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Aksiyanın Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi qurmasına qarşı keçirildiyi bildirilir.
Maraqlı məqam odur ki, Azərbaycan yeni sərhəd-keçid məntəqəsini Laçın yolunun Ermənistanla sərhədin başlanğıcında qurub. Laçın-Xankəndi yolundan isə yalnız ermənilər istifadə edirlər. Belə çıxır ki, ermənilər özləri öz yollarını bağlayıblar. Seperatçıların bu dırnaqarası taktikası sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
Tamerlan Yayaqan
Globalinfo.az
