7cbd090d 278c 4a9c b5c6 91c6fb85582a

SOCAR və Rumıniyanın “Romgaz” şirkətləri arasında Azərbaycan qazının tədarükü barədə müqavilə imzalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan dövlət neft şirkəti xəbər verib.

Müqavilə ilə 2023-cü il yanvarın 1-dən təbii qazın Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru (IGB) vasitəsilə planlı nəqli nəzərdə tutulur.

SOCAR bildirir ki, Azərbaycan qazının Avropada yeni alıcıya çatdırılması üzrə müqavilə ölkənin Avropa ölkələri ilə tərəfdaşlığı çərçivəsində qaz tədarükünün şaxələndirilməsi kimi strateji hədəflərinə xidmət edir.

Daha öncə oktyabrda SOCAR və “Romgaz” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

O zaman Rumıniya KİV-nin yazdığına görə sənəd Qara dənizdə maye qaz istehsalı zavodunun tikintisinə sərmayə qoyuluşunu nəzərdə tutur.

Paylaş: