Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 434,32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.