2025-ci ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, 1 aya yaxındır yerli mediada devalvasiyanın olacağına dair xəbərlər yayılırdı. İctimaiyyət və bəzi ekspertlər dolların bahalaşacağını, nazirlik isə eyni səviyyədə qalacağını deyir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, devalvasiyanın olmasına dair heç bir əlamət yoxdur.
Onun sözlərinə görə, Azərbaycanın makroiqtisadi göstəricilər kifayət qədər stabildir:
Emin Qəribli
“Düzdür, neftin qiymətində indi cüzi enmə var, amma devalvasiya söhbəti artıq 2-3 aydır ki, gedir. Onda heç neftin qiymətində eniş də yox idi. Tədiyyə balansına baxsaq, görərik ki, devalvasiyanın olacağına dair bir əlamət yoxdur. Bilirik ki, bizdə böyük tədbirlər keçirilir. “Formula-1” yarışları keçirildi, qarşıdan COP29 gəlir. Bununla əlaqədar Azərbaycana çoxlu turistlər, qonaqlsr gələcək. Buna görə də, əksinə, ABŞ dollarına olan təlabat çoxalacaq”.
İqtisadçının fikrincə, 2025-ci ildə dollar olduğu səviyyədə qalacaq:
“İndi kifayət qədər stabil bir dövrdür. Bahalaşma üçün ehtimal görmürəm. Bunlar Mərkəzi Bank tərəfindən tənzimlənir. Təbii ki, qərarı da onlar qəbul edirlər”.
Zaira Akifqızı
Globalinfo.az