Azərbaycan Qarabağdakı yataqlarda monitorinqə başlayıb?

Azərbaycan nümayəndələrinin Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə monitorinq aparması ilə bağlı razılıq əldə olunub.

Globalinfo.az Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbər verir ki, fevralın 24-də Rusiya sülhməramlılarının təşəbbüsü ilə Azərbaycan mütəxəssisləri ilə orada yaşayan erməni sakinlər arasında ilkin danışıqların olduğu bildirilir.

Qeyd edək ki, separatçıların ”dövlət naziri” Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırılması sonrası belə bir hadisənin olması gözlənilirdi.

Turan Rzayev
Globalinfo.az