Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan və Bakı arasında alqı-satqı üçün maraq doğuran məhsulların ilkin siyahılarının qarşılıqlı şəkildə mübadilə edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, müzakirələr aktiv mərhələdədir, siyahıların mübadiləsi davam edir və konkret nəticələr danışıqlar irəlilədikcə məlum olacaq.
O qeyd edib ki, baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan tərəfi neft məhsullarını satmağa hazır olduğunu bildirib.
Paşinyan həmçinin xatırladıb ki, artıq iki erməni şirkəti azərbaycanlı tərəfdaşlarla əlaqə qurub.
Nəticədə, Azərbaycan tərəfi ilə əlaqəyə iki erməni şirkəti – “Ran Oil” və “Titan” çıxıb.
Aysel Əliyeva
Globalinfo.az