25e97006 9823 433c 98d5 e9db47a8f6c7

Bişkekdə “Azərbaycan mədəniyyətinin təbliği günləri” Festivalı öz işinə başlayıb. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar – Bişkek festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilir.

Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstan Axıska Türkləri Dərnəyi, Qırğızıstandakı Azərbaycan diaspor liderləri, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə başlayan festivalın açılış mərasimi hər üç ölkənin himnlərinin oxunması ilə başlayıb.

Manas Universitetinin prorektoru, professor Mehmet Sezai Türk açılış çıxışında üç qardaş ölkənin bu universitetdə bir araya gəlməsindən böyük şərəf hissi keçirdiyini bildirib. O, festival boyunca Azərbaycan mədəniyyətini və kinosunun təbliğinin vacibliyinə diqqət çəkib. Prorektor çıxışında Qarabağ zəfərindən, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” sözlərindən bəhs edib, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirib.

Açılış mərasimində çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı çıxışına “Biz oğuzuq, qıpçağıq, qqzaxıq, qırğızıq, türkmənik, türkük” sözləri ilə başlayıb, Türk Dünyasının ortaq mədəniyyətə malik olduğunu qeyd etdi.

Bişkek Festivalının layihəsinin rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışına Azərbaycan prezidenti İlham Əliyevin “Biz böyük türk ailəsinin üzvüyük” sözləri ilə başlayıb və Altaylardan Qafqazlara qədərki coğrafiyadakı türklərin birlik və bərabərliyinin önəmini vurğulayıb.

A.Ələsgər Türk Dünyasını bir araya gətirən layihələrə ehtiyac olduğunu bildirərək, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin Bişkek Festivalının baş tutmasına dəstək olan Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycanın Qırğızıstandakı səfirlyinə, Qırğızıstan-Türkiyə Manas Universitetinə, “İpək yolu” İctimai Diplomatiya Vəqfinə öz təşəkkürünü bildirib.

“İpək yolu” İctimai Diplomatiya Vəqfinin başqanı Seyfullah Türksoy da çıxışında mədəniyyətin Türk Dünyasını bir araya gətirən ən önəmli faktor olmasına diqqət çəkərək, “Azərbaycan sənəti, mədəniyyəti, musiqisi, rəsmi, heykəltəraşlığı, kinosu ilə çox inkişaf etmiş xəzinədir” söyləyib.

Azərbaycanın Qırğızıstan konsulu Şahin İsgəndərov da çıxışında ortaq türk dilinin və mədəniyətinin inkişafına diqqət çəkib. Konsul Qarabağ zəfərinin Türk Dünyası üçün yeni mərhələnin açarı olduğunu vurğulayıb.
Açılış mərasimi Ulu Öndərin həyatından bəhs edən “Xatirələr işığında Heydər Əliyev” sənədli filmi və Festivalda yayımlanacaq filmlərin anonsu ilə başa çatıb.

Qeyd edək ki, üç gün davam edəcək Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün davamlı olaraq, Sinema Salonunda yayınlanacaq.

Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də Festival boyu şagirdlərin ixtiyarında olacaq.

09f185ba 0cfc 4aa0 90b6 c8459804a798 d0ac71f1 b7ea 47aa 8a28 4ccedd5c0497 a7458360 e2be 4d9a bb2d 2cead1988faf 15bfbe98 b55b 41ad bc93 c5b1ae4bf335 665717b9 f65f 4720 b09f 2542072dae8b 6a2ecc1d 1d47 426e b02b c6d07067eccf bb5cc44a f793 4814 a42d 59c94611d6d3 70a6a96e 1bee 4128 975b 36d4fdf95346 a950ccb9 c2e4 454d a28e 782aab3c7431 fa5479d1 cfe6 4f45 aa5c 9f7f51417ecc d205fa78 c968 4844 b176 210ae1f03e8b cd09e36c 889d 4397 bdce 70927667b7d3

Paylaş: