Azərbaycan ət idxalına çəkdiyi xərci artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 180 ton ət idxal edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton (11,7%), dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları (45,4%) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7%-ni təşkil edib.