Avropa toplanır: Bakı-İrəvan münasibətləri masada

İrəvan və Bakı arasında münasibətlər Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin bazar ertəsi Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi deyib.

Onun sözlərinə görə, nazirlər Ermənistandakı müşahidə missiyasının genişləndirilməsini də müzakirə edəcəklər.