sefirlik ukrayna 13

Rəsmi Bakı Azərbaycanın Ukraynadakı nümayəndəliklərinin koordinantlarını daha əvvəl Rusiya tərəfinə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya notasında bildirilib.

Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun diqqətinə çatdırılıb ki, sözügedən məlumat ötürülməsi 2022-ci ildə baş tutub:

Rusiya tərəfinə Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprel ayında verilib. Koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağı bildirilib.

Səfirlə görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub”.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Rusiyaya nota verib. Buna səbəb noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raketdron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsidir.

Paylaş: