6858209a457f06858209a457f117506059786858209a457ee6858209a457ef

İrandan 10-dan çox ABŞ və İslam Respublikası vətəndaşı Azərbaycanın ərazisinə təxliyə olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Astaradakı Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə vətəndaşların təhlükəsiz şəkildə Azərbaycana keçidi təmin edilib.

“Sərhəddə bizə rahat keçid şəraiti yaradıldı. Təxliyəyə dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edirəm,” – deyə jurnalistlərə ABŞ vətəndaşı Aborzi Aborinq bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə rəsmi müraciət edərək, İranda olan vətəndaşlarının tranzit qaydada Azərbaycandan keçərək ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

***

Astara dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.

Globalinfo.az xəbər verir ki, gün ərzində təxliyə olunanlar əsasən Çin, Yaponiya, Portuqaliya, Belçika, CAR, Türkiyə, İran, ABŞ, eləcə də digər ölkələrin vətəndaşlarıdır.

Təxliyə olunanlar əvvəlcədən müəyyən edilən sənəd və qaydaların tələblərinə uyğun şəkildə həyata keçirilir. Müvafiq qeydiyyatdan sonra təxliyə olunanlar onlar üçün ayrılan avtobuslarla Bakı şəhərinə yola salınırlar.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Paylaş: