nasir kanani

“Həm Azərbaycan, həm də Ermənistan rəsmiləri ilə təmasdayıq”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Ermənistan nümayəndələri Azərbaycan tərəfindən yeni münaqişənin başladıla biləcəyini iddia edir və buna görə narahatlığını ifadə edir. Lakin Azərbaycan tərəfindən bizə deyildi ki, Bakının hər hansı hərbi hücum niyyəti yoxdur. Hazırda təlimlərin keçirilməsi tamamilə normaldır, çünki qış mövsümündə bu, çətin olur. Biz hadisələri ciddi şəkildə izləyirik, İran şimal qonşuları ilə sərhədlərin təhlükəsizliyinə həssas yanaşır”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: