Azərbaycan bayrağı kosmosda dalğalanacaq

“Azərbaycan bayrağının kosmosda olmasını istəyirik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri kosmosa ilk dəfə uçacaq türkiyəli astronavt Tuva Cihangir Atasever deyib.

O, anasının azərbaycanlı olduğunu bildirib: “Mən kosmosa iki bayraq və bir neçə fotoşəkillə uçmaq, müxtəlif eksperimentlər keçirib geri qayıtmaq istəyirəm. Çantam hazırdır. Hər an uçmağa hazıram”.

Qeyd edək ki, uçuşun gələn ilin birinci rübündə baş tutacağı gözlənilir.

Zaira Akifqızı
Globalinfo.az