AZAL-ın təyyarəsi Səmərqəndə məcburi eniş edib

Bakı-Daşkənd marşrutu üzrə J2-5031 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinin hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar Səmərqənd Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.

Bu barədə Globalinfo.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Airbus A320” təyyarəsi Bakı vaxtı ilə saat 23:42-də Səmərqənd hava limanında eniş edib.