
Xəbər verdiyimiz kimi, bu günAzərbaycan tərəfi erməni əsilli 32 şəxsin, Ermənistan isə azərbaycanlı 2 hərbi əsir – Aqşin Bəbirov və Hüseyn Axundovun azad edilməsi ilə bağlı razılığa gəlib.
Globalinfo.az xəbər verir ki, qaytarılan erməni əsirlərin siyahısında bu gün Azərbaycanda məhkəməsi keçirilən və 18 il azadlıqdan məhrumetmə cəzası verilən Qagik Voskanyanın da adı yer alıb.
Qeyd edək ki, avqustun 16-da Kəlbəcər ərazisində saxlanılan Qagik Voskanyanın işi üzrə bu gün başlayan məhkəmə araşdırmaları elə həmin gün də yekunlaşmışdı.
İstintaq zamanı Qagik Voskanyanın diversant olduğu, təxribat-terror törətmək məqsədilə sərhədi gizli keçib gəldiyi sübuta yetirilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri onun haqqında 18 il azadlıqdan məhrumetmə hökmü elan edilmişdi.
Hökmə əsasən, o, cəzasının 5 ilini həbsxana rejimində çəkməli idi.