Azərbaycanda “TURKOVAC”ın sınaqlarının ilkin nəticələri açıqlandı

Azərbaycanda “TURKOVAC” vaksinin 3-cü faza klinik sınaqlarının ilkin nəticələri açıqlanıb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlama verib.

O bildirib ki, artıq ilkin məlumatlar toplanılıb və daha dəqiq, dərin təhlil üçün Türkiyə tərəfinə göndərilib:

“İnanırıq ki, qısa müddətdə Azərbaycanda keçirilmiş sınaqlar “TURCOVAC”dan sonra silsiləli şəkildə gələn vaksinlər üçün də öz töhfəsini verəcək”