Azərbaycan-Türkiyə Universitetinin açılacağı tarix bəlli oldu

Azərbaycan-Türkiyə Universitetinin nə vaxt açılacağı bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı APA-ya açıqlamasında bildirib.

O bildirib ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.

“2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur” – deyə səfir qeyd edib.