milli 19

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşacaq.

Bolqarıstanın Albena şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-dabaşlayacaq.

24 sentyabr

14:00. Türkiyə – Azərbaycan

Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)

Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub – 0:1.

Paylaş: