Avropa Şurasından Azərbaycan-Ermənistan danışıqları ilə bağlı BƏYANAT

Prezident Şarl Mişel Avropa İttifaqının Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamağa davam edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Şurasından bildirilib.

Qeyd edilib ki, liderlər 2023-cü il mayın 14-də Brüssel üçtərəfli görüşündə yenidən toplanmağa razılaşıblar.

Onların müzakirələri həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşlə də əhatə olunacaq.