ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək

Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyəm və diplomatik əlaqələri davam etdirmək, davamlı sülh istiqamətində səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm”,- paylaşımda qeyd olunub.