Aşura günü ilə bağlı rəsmi açıqlama – DİQQƏT

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Bu il Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu, Şah Abbas məscidi
Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu, Qaraçuxur məscidi
Yasamal rayonu, Təzə Pir məscidi
Yasamal rayonu, Hacı Soltanəli məscidi
Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

“Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər”, – QMİ-nin açıqlamasında bildirilib.

Qeyd edək ki, bu il Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşuradır.