Araikin “yerinə” bunlardan biri gələcək: Bakının masasındakı şəxs kimdir? – ADLAR / VİDEO

“Araik Arutyunyanın “yerinə” kimin gəlməsi barədə müxtəlif fikirlər səsləndirilir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Lusine Şahverdyan deyib.

“Mənbələrimiz bildirir ki, Samvel Babayanın bu “vəzifəyə” (dırnaq bizə məxsusdur – red.) təyin olunması qəbuledilməzdir. “Hökumət”, “müxalifət” və xalq onu istəmir.

Bununla yanaşı, ortada müxtəlif adlar var. Məsələn, “daxili işlər naziri” Karen Sərkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Araik Arutyunyanın qohumu, “deputat” Artur Arutyunyan və bir müddət əvvəl Bakı ilə görüşdə iştirak edən “təhlükəsizlik şurasının” katibi Samvel Şahramanyan məlum “vəzifəyə” keçə bilər”, – erməni jurnalist yazıb.

Qeyd edək ki, Xankəndidə mühüm proseslər gedir. Belə ki, ötən gün erməni mediası separatçıların rəhbəri Araik Arutyunyanın “istefaya” gedəcəyi haqda məlumat yayıb. İddialara görə, o, Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra bu qərara gəlib. Bildirilir ki, Paşinyan separatçı “liderə” “ya Bakıya inteqrasiya, ya da hərbi əməliyyatlar” deyib. Arutyunyanın məhz bundan sonra məsuliyyəti üzərindən atmaq üçün “istefaya” gedəcəyi gözlənilir.

Aqşin
Globalinfo.az