screenshot 1 04

“Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb.

O bildirib ki, Rusiya bayraqları sərhəd-keçid məntəqələrindən götürülüb:

“Dünən mən Aqarağaya gedən yolda, eləcə də Araz çayı boyunca Şvanidzor yolunda Rusiya bayraqlarını görmədim. Başa düşdüyüm qədər Ermənistan-İran sərhədində yalnız bizim bayraqlarımız qalıb”.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidməti dayandırıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: