İsrail İrana hücum etmək üçün təkcə İraqın deyil, digər ölkələrin də hava məkanından istifadə edib”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“Hücumdan əvvəl mən İraqa səfər etmişdim. Onlar hava məkanlarını açmayacaqlarına dair bizi əmin etdilər. Lakin İraqın hava məkanından istifadə edildiyinə dair bizdə məlumatlar var. İraqın beynəlxalq səviyyədə İsrailə qarşı şikayəti ilə bağlı rəsmi Bağdadla məsləhətləşmələr aparılır. Tehran İraq və digər ölkələrin hava məkanından İrana hücum üçün istifadə edilməsi ilə bağlı BMT və digər beynəlxalq qurumlara şikayət ünvanlayıb”, – deyə Araqçı vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az