Araik Azərbaycanda buranın “vətəndaşı” olacaq – VİDEO

Xəbər verdiyimiz kimi, Araik Arutyunyan Bakıda müstəntiqlərə verdiyi iddia edilən ifadəsində deyib ki, Azərbaycanda qalmaq və ölkəmizin vətəndaşı olmaq istəyir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Araik Arutyunyan bu istəyində səmimi deyil:

“Araik belə bəyanatlarla vəziyyətinin yüngülləşəcəyinə ümid edir. Lakin Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş şəxslərə vətəndaşlıq verilməməlidir.

Onun törətdiyi cinayətlərin qarşılığı ömürlük həbsdir. Bu səbəbdən Araik, çox güman ki, ömrünü islah-əmək müəssisələrinin daimi “vətəndaşı” kimi başa vuracaq. Azərbaycanda ağır cinayətlərdə günahlandırılan başqa ölkə vətəndaşının cinayət törətdiyi dövlətin vətəndaşı olmasına dair bir nümunə də yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az