Aqil Qurbanov yüksək vəzifəyə təyin olundu

Müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki , o, müdafiə nazirinin müavini – Baş direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Qurbanov bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.