56da6e13 e9db 3d09 a0ba 7cd9cd47de02 850

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində qazandığımız qələbənin 9-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçular, Aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanlarını ziyarət edərək şəhid məzarlarına gül dəstələri düzüb, onların unudulmaz xatirələrinə ehtiramlarını bildiriblər.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində başlayan döyüşlərin səbəblərindən və Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatının tarixi əhəmiyyətindən geniş söhbət açıblar.

Dövlətçilik tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərində qazandığımız qələbənin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində, o cümlədən antiterror əməliyyatında qələbələrimizin və şanlı Zəfərimizin başlanğıcı olduğu vurğulanıb.

Tədbirlərin bədii hissəsində sənədli filmlər nümayiş olunub, şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-musiqili kompozisiyalar təqdim edilib, döyüş iştirakçıları xatirələrini bölüşüblər.

Həmçinin hərbi qulluqçularımız şəhid ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, silahdaşlarının xatirələrinə ehtiramlarını ifadə ediblər.

a1f65935bb9889c656191d345583dda7 733bc1efa971f82a00a2e9d302d63240 c9705d531d8bb378501f1e2e4f7ba9f8 c43caced7c7b26b2e64f30eb6f1ec9e8 98c29662b57b4c0464624951114a1f43 a4545708a35bb20dca9aaa11da30a981 8f0c0bda4afc9eaa9bdfbcf70fd70406

Paylaş: