Apellyasiya məhkəməsindən Navalnı ilə bağlı qərar

Ümumi yurisdiksiyalı birinci apellyasiya məhkəməsi rusiyalı müxalifət lideri Aleksey Navalnının 19 il müddətinə həbsi ilə bağlı məhkəmənin qərarını qanuni hesab edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məhkəmə Aleksey Navalnı və Daniel Xolodnının müdafiəsi üzrə apellyasiya şikayətinə baxıb və birinci instansiyanın qərarını dəyişməz saxlamaq qərarına gəlib.

Qeyd edək ki, bu ilin avqustunda ekstermizimdə təqsirləndirilən Aleksey Navalnı Moskva Şəhər Məhkəməsinin qərarı ilə cəzasını xüsusi rejimli həbsxanada olmaqla 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.