Almaniyanın xarici işlər naziri Annalena Berbok gələn həftə İsrailə səfər edəcək.
Globalinfo.az xəbər verir ki, nazir səfər zamanı İsrailə atəşkəsə razılaşması üçün çağırış edəcəyini bildirib.
“Rəfakdakı fəlakət artıq bütün sərhədləri aşıb. 1,3 milyon insan məhdud ərazidə hərbi əməliyyatlardan qorunmağa çalışır. İsrail ordusunun əraziyə hücumu humanitar fəlakətə səbəb olacaq. İsrail HƏMAS-ın terrorundan qorunmalıdır. Paralel olaraq isə mülki əhalinin çətinliyini mümkün qədər yüngülləşdirməlidir. Buna görə də, hərbi əməliyyatlarda növbəti fasilə lazımdır ki, girovları azad etmək mümkün olsun. Gələn həftə İsraildə buna nail olmağa çalışacağam”, – Berbok deyib.