“Ankarada Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunub” – FOTO

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edildiyi Türkiyəyə səfərini müsbət qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə T.Klaar “X” sosial şəbəkə hesabında yazıb.

“Ankaraya uğurlu səfərimdən sonra Brüsselə qayıtdım. Aİ ilə Türkiyə arasında Cənubi Qafqaz regionu ilə bağlı ortaq maraq doğuran məsələlər, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunub”, – deyə Klaar yazıb.