%C9%99rdogan iran ns%C9%99firi 900x506 1

Türkiyə Ukrayna ilə bağlı diplomatik təşəbbüsləri davam etdirməyi vacib hesab edir və Ankara bunun üzərində işləyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə həm Moskva , həm də Kiyev tərəfindən etibar edilən bir ölkədir.

“Bu istiqamətdə işimizi davam etdirəcəyik. Bütün səylərin səfərbər olması ilə bağlı göstəriş vermişəm”, – deyə Ərdoğan əlavə edib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bir müddət əvvəl Ərdoğanın Ukrayna ilə bağlı danışıqlar üçün İstanbulu təklif etdiyini bildirmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: