anar memmedxanov 1

“Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının kapitanı, Azərbaycan Respublikası I, II, III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun atası Camali Məmmədxanov vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə Bakupost.az-a Əməkdar jurnalist Emin Musavi məlumat verib.

Mərhumla vida mərasimi Təzə Pir Məscidində keçirilir.

Camali Məmmədxanov Azərbaycanın tanınmış riyaziyyatçı alimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru idi.

Allah rəhmət eləsin!

Anar Məmmədxanovun atası vəfat etdi - FOTO

 

Paylaş: